Bakıda internet klubdan oğurluq edən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İfarəsindən məlumat verilib.
Məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Tahir İbadov tutulub.
O, Ruslan Səlimliyə, Teymur İsmayılova məxsus mənzillərdən televizor və Hüseyn İsgəndərliyə internet klubundan televizor və oyun -əyləncə avadanlıqlarını oğurlamaqda şübhəli bilinir.
Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunmuşdur ki, o həmyerlisi 1993-cü il təvəllüdlü İbrahim Qasımovla birlikdə noyabrın 2-də Ə.Hacıyev küçəsində Vasif Əliyevin mənzilindən, pəncərəni sındırmaqla televizor oğurlamışlar. Keçirilən əməliyyat tədbirləri ilə İ.Qasımov da tutulub.
Hacı Zeynalov