Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, rayon əzisindən Biləsuvar rayon sakini Əminə Hüseynova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım gösətrilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Əminə Hüseynovanın qohumu - həmyerlisi, əvvəllər məhkum olunmuş Alim Hüseynov tərəfindən törədilməsi müəyyən edilib. Əminə Hüseynova rayon ərazisində kirayə yaşayırmış. Alim Hüseynov Əminənin əmisi oğlu olduğu bildirilir.
Alim Hüseynovun tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov