İngiltərədə qadın keçmiş əriylə əvvəl sevişib, sonra isə onu bıçaqlayıb.
Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, 53 yaşlı Andrea Santon keçmiş ərini evinə çağıran qadın onunla sevişdikdən sonra sürprizi olduğunu söyləyib. Keçmiş ərinin gözlərini bağlayan qadın onu kürəyindən bıçaqlayıb.
Yaralı kişi qaçsa da, qan itkisi səbəbindən yıxılaraq huşunu itirib.
Andrea Santon isə bıçaqla intihar etməyə çalışsa da, polis bunun qarşısını ala bilib.
Məhkəmə Andea Santona qəsdən adam öldürməyə cəhd etməyə görə 12 il həbs cəzası verib.
Rüstəm