Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Adəm Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Adəm Quliyev 9 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində Sabunçu rayonunda qeydə alınıb. 1984-cü il təvəllüdlü Adəm Quliyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zaman tanışı 1975-ci il təvəllüdlü Natiq Nəcəfova bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
A.Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.