Bakının Qaradağ rayonunda bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yaşayan Mənsurə Nuriyeva dəm qazında boğularaq ölüb. Daha bir hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində yaşayan Nadejda Zulitova-Loxonova dəm qazından boğulub.
Oxşar hadisə dekabrın 10-da Sumqayıt şəhərində qeydə alınıb. Şəhər sakini Samirə Zərbəliyeva mənzillərində dəm qazından boğularaq ölüblər.
Bundan başqa, Xəzər rayonunun Albalılıq qəsəbəsində yaşayan Tural Qənbərov, Buzovna qəsəbəsində yaşayan Xalidə Fətullayeva və Əsmər Rizayeva dəm qazından zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.
Hacı Zeynalov