10 Dekabr 2014 13:13
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveytin Azərbaycandakı səfirinin bank kartından pul mənimsəmiş şəxs müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi rayon Polis İdarəsinə müraciət edərək cari il iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silinməsini bildirib.

Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəsisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər