10 Dekabr 2014 15:31
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməyə cəhddə ittiham olunan Samir Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Samir Qədirov qonşusu Ceyhun Əhmədovu bıçaqlayıb. Hadisəyə səbəb Ceyhun Əhmədovun içkili vəziyyətdə evə gəlməsi və qonşusu Samirlə mübahisə etməsi olub.

Samir üzərindəki bıçağı çıxararaq qarşı tərəfə bir neçə zərbə endirib. Yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törədən Samir Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gələrək təslim olub.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Samir Qədirov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər