11 Dekabr 2014 03:33
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda mənzildə güclü partlayış baş verib. Nəticədə ana və oğul xəsarət alıb. Mənzil isə yararsız hala düşüb.

Teleqraf.com-un Kəpəz TV-yə istinadan verdiyi məlumata görə, hadisə rayonun Alünitdağ qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 45 yaşlı Sevil Bayramova hamamda qaz sobasını yandırmaq istəyərkən partlayış olub. Nəticədə Sevil Bayramova və onun 8 yaşlı oğlu Elcan Həsənov yanıq xəsarətləri alıblar.

Qadın bədəninin 2-ci və 3-cü dərəcəli yanığı ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Burada ona lazımi tibbi tardım göstərildikdən sonra xəstə Bakı şəhərinə aparılıb.
Hadisə baş verən ev yararsız vəziyyətə düşüb. Partlayışın gücündən nəinki hamam otağının, eləcə də mənzilin digər otaqlarının tavanı dağılıb, pəncərələri sınıb.

İlkin ehtimala görə partlayış qazla ehtiyatsız davranış zamanı qeydə alınıb. Qeyd edək ki, iki il bundan qabaq bu ailədə daha bir faciə yaşanıb. Evin ailə başçısını elektrik cərəyanı vuraraq həyatına son qoyub.


Müəllif:

Oxşar xəbərlər