Qətl hadisəsi törətməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlının (Əmirov) barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından hələlik apellyasiya şikayəti verilməyib.
Bu barədə Teleqraf.com-a danışan meyxanaçının vəkili Bəhruz Xıdırov deyib ki, apellyasiya şikayətinin verilib-verilməyəcəyi bəlli deyil.
Vəkilin sözlərinə görə, bu istiqamətdə məsləhətləşmələr aparılır.
Qeyd edək ki, noyabrın 10-da Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı ən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgkəndər Mehdiyev iki dəfə həbsxanada olub. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.