Bakının Nəsimi rayonunda əcnəbi vətəndaşa qarşı quldurluq edən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə dekabrın 5-də qeydə alınıb. Naməlum şəxs Pakistan vətəndaşı Arəş Motamedinin 100 manatını quldurluq yolu ilə alıb. Əcnəbi quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı 22-ci polis bölməsinə şikayət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Nemət Şükürov tutulub. Ondan 0,250 qram heroin götürülüb.
Hacı Zeynalov