Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Səbuhi Səlimov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.