Samux rayonunda oğurluq hadisəsi törədən həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Samux rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Məmmədov, Xəyal Əsgərov və Tofiq Məmmədov tutulublar.
Mütəşəkkil dəstənin üzvləri bu ilin iyulun 21-də Samux rayon sakini Rəşad Əliyevin evindən qızıl və məişət əşyaları oğurlamaqda təqsirli biliniblər. Onların daha bir neçə oxşar oğurluq hadisələri törətmələri də məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov