Masallı və Ağcabədi rayonularında narkotiklərlə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində və Cənub Bölgəsində Regional şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Firuddin Kərimov 169 qram marixuananı və 1 kiloqram 450 qram tiryəki satarkən tutulub.
Daha bir əməliyyatı Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Asəf Qafarovdan 6,1 qram, evinə baxış zamanı isə 1 kiloqram 14 qram marixuana aşkar edilərək götürülüb.
Hacı Zeynalov