13 Dekabr 2014 14:26
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Hacıməlik qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini Etibar Bayramovun idarə etdiyi “Hyundai” və Goranboy rayon sakini Sarif Həsənəliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

S.Həsənəliyevin sərişinlərindən - oğlu Azad hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər