Bakının Suraxanı rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbənin Aydəmirov küçəsi, dalan 6, ev 8 ünvanında 1968-ci il təvəllüdlü Aleksandr Lyoniya evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Aleksandr Lyoniya həmin ünvanda kirayə yaşayırmış. Həmçinin o, həmin ərazidə fəhlə işləyirmiş. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov