15 Dekabr 2014 16:52
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini Səfər Teymurovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Xaçmaz rayonun Qaraqutdu kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Məzahir Əliməmmədov bıçaqlanaraq öldürülüb. Qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayonu Çığatay kənd sakini, 1991-ci il təvəllüdlü Səfər Teymurov həbs edilib.

O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Səfər Teymurov bildirib ki, mərhumla şəxsi münasibətlər zəminində mübahisəsi baş verib. Onun ifadəsinə görə, mübahisə zamanı qanlı cinayət hadisəsi baş verib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 18-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər