16 Dekabr 2014 13:46
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda itkin düşmüş kimi axtarışda olan şəxslərin ölkədən qaçmaları üzə çıxıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxslər barədə yeni məlumatlar əldə edilib.

Dekabrın 3-də itkin düşən Nizami rayonu R.Rüstəmov küçəsində yaşayan, 1974-cü il təvəllüdlü Rasim Hüseynov Rusiya Federasiyasının Moskva şəhərində olduğu müəyyən edilib.

Bundan başqa, dekabrın 8-də R.Teymurov küçəsində yaşayan, 1989-cu il təvəllüdlü Ələkbər Təhməzovun Türkiyə Respublikasının İstanbul şəhərinə getməsi müəyyənləşib.

Hər iki şəxs ətrafında araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər