16 Dekabr 2014 15:20
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda gənclər arasında yaranan kütləvi dava zamanı 17 yaşlı oğlanı bıçaqlamaqda təqsirli bilinən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, qanlı olay hadisə dekabrın 2-də, Nərimanov parkında qeydə alınıb. Naməlum şəxslər Cəlilin onlara birtəhər baxmasını bəhanə edərək onu söhbətə çağırıblar. Parkdan bir qədər aralı Əhməd Rəcəbli, 4 ünvanına çatanda onlardan biri cibindən bıçaq çıxararaq qəfildən Cəlil Mahmudova zərbələr endirməyə başlayıb. Yaralı yerə yıxılanda naməlum şəxslər hadisə yerindən qaçıblar. Cəlil Mahmudov ətrafdakı insanlar tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən edilib. Bıçaqlanma olayının səbəbkarı İqbal Məmmədov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə Nərimanov rayonu Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər