Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Sabunçu rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Ramana qəsəbəsinin sakini Arif Məmmədovun həyətində itkin düşən kimi axtarışda olan 1988-ci il təvəllüdlü Əli Seyidovun meyiti tapılıb. Onun meyiti basdırıldığı yerdən çıxarılıb.
Sabunçu rayon Polis İdarəsi və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 1981-ci il təvəllüdlü Hafiz Səmədov müəyyən edilərək həbs edilib.
Əli Seyidov Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsində axtarışda olan kimi qeydiyyatda olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov