17 Dekabr 2014 16:05
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda 20 gün əvvəl bıçaqla ağır yaralanmış 39 yaşlı Eyvaz Paşayev xəstəxanada ölüb.

Teleqraf.com xəbər verir ki, o, dekabrın 16-da, gecə Bakıda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Onun ölümündə təqsirli bilinən Lənkəran şəhər sakini, 27 yaşlı Adil Ağayev isə şübhəli şəxs qismində tutularaq istintaq orqanlarına təhvil verilib. Adil Ağayevin barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlansa da, onun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə əvəz edilib.

Qeyd edək ki, noyabrın 28-də axşam saatlarında Lənkəran şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanmış Elnur Paşayevi qan içində ağır vəziyyətdə ona məxsus “Hundayi” markalı minik avtomobilinin salonunda aşkarlayan yaxınları dərhal onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Sol kürək və sol yanağın kəsilmiş-deşilmiş yarası, dilin kəsilməsi və ağır qanaxma diaqnozu ilə xəstəxanaya qəbul olunan Elnur Paşayev dərhal əməliyyat edilsə də, vəziyyəti ağırlaşıb. Daha sonra o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralanmış şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər