18 Dekabr 2014 11:35
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Rövşən Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu ərazisidə Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rövşən Nəzərov idarə etdiyi “VAZ-2107” markalı maşınla hərəkət edən zaman yolu keçən piyadalar - 1979-cu il təvəllüdlü Nazim Vəliyevi və 1980-ci il təvəllüdlü Tofiq Qasımovu vurub.

Qəza nəticəsində xəsarət alan Tofiq Qasimov hadisə yerində dünyasını dəyişib. Digər yarali Nazim Vəliyev 3 sayli şəhər xəstəxanasina yerləşdirilib. Ona tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olıub.

Sürücü Rövşən Nəzərov hadisə yerindən qaçsa da, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 263.2 və 264-cu maddələri ilə ittiham edilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rövşən Nəzərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər