Moldovanın Oknisk rayonunda 18 yaşlı qız polisə şikayət edib.
Teleqraf.com vesti.md-ə istinadən xəbər verir ki, yeniyetmə polisə Klokuşna kəndində 20 kişi tərəfindən zorlandığını bildirib.
Yayılan məlumata görə, o, sevgilisi ilə restoranda olduğu zaman arxa masada oturan şəxslər onlara söz atıb və mübahisə başlanıb.
Mübahisə zamanı qızın sevgilisi döyülüb və restorandan gedib. Hadisə də bundan sonra baş verib. Yaşları təxminən 20-42 olan şəxslər qıza hücum edərək, onu zorlayıblar.
Aparılan ekspertiza zamanı qızın yalan danışdığı məlum olub. Yeniyetmə verdiyi ifadədə sevgilisindən sadəcə qisas almaq istədiyini açıqlayıb.
Samir