21 Dekabr 2014 15:39
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Hava Yollarına məxsus Kiyev - Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən İrəvana məcburi eniş edib.
Publika.az xəbər verirki, bu zaman təyyarədə 25 azərbaycanlı da olub.
İrəvan aeroportunda təyyarədən düşmək istəməyən azərbaycanlılar sonradan gözləmə zalına aparılıblar. Burada azərbaycanlılara sərhəd keçid məntəqəsində passportlarına möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olunub.
Azərbaycanlıların israrından sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görülüb.
Uzunmüddət aradan sonra onlar təyyarə ilə Tiflisə yola salınıb.

Müəllif:

Oxşar xəbərlər