3 canavar İranın Xumeyn Şəhər Universitetinin yataqxanasına hücum edib. Canavarların hücumu tələbələrin qorxaraq yataqxanadan qaçmasına səbəb olub.
Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Xumeyn Şəhər Xilasetmə Xidmətinin rəisi Mehdi Kamani deyib.
M.Kamani qeyd edib ki, havanın soyuq olması və güclü qar yağması səbəbindən canavarlar özlərinə yem axtarmaq üçün universitetin yataqxanasına hücum ediblər: “Universitet və yataqxana şəhərdən kənarda yerləşdiyi üçün canavarlar ora hücum çəkiblər".
Xilasedicilər canavarları yataqxananın ərazisindən uzaqlaşdıra biliblər.
Qeyd edək ki, Xumeyn Şəhər Universitetində 4500 tələbə təhsil alır.