Türkiyədə Azərbaycan əsilli bir qadını deportasiya etməklə təhdid edib qarşılığında bu qadınla oteldə cinsi əlaqəyə girməkdə ittiham olunan jandarma komandiri Hüseyn B. K 3 il 4 ay həbsə məhkum edilib.
Türkiyə mətbuatına istinadən məlumatına görə, Trabzonda baş verən hadisə üzrə keçirilən məhkəmə prosesinə 27 yaşlı Aysel Novruzova qatılmayıb. Məhkəmə digər şübhəli cavuş Mahmud Ö. barədə qərar verib. Məhkəmə onun günahlarını istintaq zamanı sübut edilmədiyini əsas gətirərək onun bərasində cəza tədbiri görməyib.
Qeyd edək ki, Trabzon 2-ci Ağır Ceza Məhkəməsində açılan iddiada Hüseyn B.K-nın "rüşvət" günahından 12 ilə qədər həbsi istənmişdi. Məhkəmə onun barəsində rüşvət ittihamını götürərək, barəsində vəzifəsindən sui-istifadə etməkdə təqsirli bilib.