5 Fevral 2023 21:23
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. 2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıblar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com