Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Suraxanı rayon sakini Könül Abbasova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hacı Zeynalov