22 Fevral 2023 12:28
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonun qardaşını qətlə yetirməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Siyavuş İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Siyavuş İsmayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən ilin sentyabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda baş verib.

Siyavuş İsmayılov qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Siyavuş İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər