6 Mart 2023 17:34
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda idman zalında qətl törətməkdə təqsirli bilinən Əli Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Əli Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror onun 18 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

İttihama görə, ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Müəyyən edilib ki, Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən Bəxtiyar Nəsibovla bir-birilərinə baxmaq səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu ona sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirdikdən sonra o, qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovu üzərində gəzdirdiyi bıçaqla sonuncunun döş qəfəsinin sol yan nahiyəsindən xəsarətlər yetirərək qəsdən öldürüb.

İstintaq orqanı tərəfindən Əli Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Daha sonra onun cəzası ağırlaşdırılıb. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ittiham verilib.

Qeyd edək ki, təqsirləndirilən Əli Abbasovun anası Maral Əliyeva Xətai rayon Polis İdarəsində müstəntiq işləyib. Qətlə yetirilən Bəxtiyar Nəsibov idmançı olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər