Şamaxı şəhərində yaşayış evində partlayış olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə dekabrın 27-də, saat 12 radələrində Şamaxı rayonunun M.F.Axundov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan Nigar Muradovanın evində təbii qazın sızmasından ani partlayış baş verib.
Nəticədə vanna otağının qapı və pəncərə şüşəsi sınıb, yanıq xəsarəti almış N.Muradova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov