29 Dekabr 2014 14:39
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Keşlə qəsəbəsində yaşayan Minəxanım Musayeva dəm qazından zəhərlənərək ölüb.

Daha bir faciəli hadisə Cəlilabad rayonunda qeydə alınıb. Rayon sakini Sevanə Nəbiyeva Salyan rayonunda kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Hacı Zeynalov


Müəllif: