Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov, onunla birlikdə mühakimə olunan Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 5-nə təyin edilib.
İş araşdırılması üçün Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin icraatına verilib.
Cinayət işi üzrə 63 nəfər zərərçəkmiş qismində tanınıb.
Cinayət işi üzrə Kamran Ələsgərov, Ülfət Nəbiyev, Xaliq Babayev, Mehdi Bayramov, Adil Sabirli, Orxan Mehdiyev, Müseyib Tanrıverdiyev, Yasin Quliyev, Nizaməddin Həsənov, Orxan Səfərli, Şahnur Əmirov, Faiq Surxayev, Saleh Həsənov, Fərhad Qasımov, Məlik Quliyev, Kamil İbrahimov, Namid Şirinov, Cavid Ramazanov, Arzu Həşimova, Qalib Hüseynov, Rəsul Quliyev, Bahadur Fərzəliyev, Əzimağa Məlikov, Şahbəndə Əliqanlı, Rahil Yusifov, Sərxan Zamanov, Yusif Məmmədov, Məhəmməd Babayev, Kamran Babazadə, Cavidan Süleymanov, İmran Musavi, Abbas Abbasov, Lətif Qəmbərov, Şükür Mahmudlu, Fariz Manafov, Nizaməddin Piriyev, İlham Qasımov, Bağı Bağıyev, Asiman Zamanlı, Vurğun Əbilov, Bəhrəm Hüseynov, İbrahim Qafqazi, Rəşad Ziyadxanzadə, Ziya Quliyev, Elməddin Məmmədov, Elşən Əliyev, Mövlud Məmmədov, Sabutay Əlizadə, İlahim Rüstəmov, Zaur Əliyev, Fariz Quliyev, Cavidan Dadaşov, İlham Behbudov, Əli Feyziyev, Orxan Səfərov, Təbriz İsaqov, Zilfalı Niftaliyev, Röyal Quliyev, Mirzağa Məmmədov, Ravil Nağıyev, Loğman Məmmədzadə, Xəyal Şirməmmədov və Elşad Talıbov zərərçəkmiş şəxs qismində tanınıblar.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.