30 Dekabr 2014 13:36
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Mudafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu il aprelin 26-da Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov həbs edilib. Elçin Xəlilov Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1. maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.

Hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bundan sonra təqsirləndirilən şəxs və vəkilləri ittiham olunan şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbiriin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət ilə çıxış ediblər. Bundan sonra hakimlər müşavirəyə gedib. Müşavirədən geri qayıdan hakimlər vəsatəti təmin ediblər. Elçin Xəlilov məhkəmə baxış dövründə ev dustaqlığında qalması qərara alınıb. Məhkəməyə baxış yanvarın 8-ə təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər