Daşkəsəndə ər və arvad küt alətlə qətlə yetirilib.
Bu barədə Teleqraf.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın küt alətlə qətlə yetirilmələri məlum olub.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.