14 Aprel 2023 15:08
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova və onun sahibi olduğu "Şərur” MTK-ya qarşı dələduzluq etməkdə ittiham olunan Rəşad Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin olunub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.

Rəşad Həsənovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) ilə ittiham elan edilib.

Qeyd edək ki, Rəşad Həsənov “Şərur” MTK-da komendant işləyib. O, bir neçə mənzili eyni adama satmaqda və İsfəndiyar Axundovun külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinib.

Cinayət işi üzrə İsfəndiyar Axundova və “Şərur” MTK zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər