17 Aprel 2023 00:55
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva vilayətində 11 yaşlı qız dayısı tərəfindən dəfələrlə zorlandığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, Serpuxovdan olan 4-cü sinif şagirdi Moskva vilayətinin Naro-Fominsk rayonundakı sağlamlıq mərkəzinə istirahətə gəlib və orada psixoloqun qəbuluna düşüb.

Mütəxəssislə söhbətində qız anasına danışmaqdan qorxduğu dəhşətli bir sirri açıb. Uşağın sözlərinə görə, ötən ilin payızından anası işdə olarkən dəfələrlə öz 42 yaşlı dayısı tərəfindən zorlanıb.

Psixoloq hər şeyi polisə bildirib. Qız qəyyumluq orqanları tərəfindən ailəyə yardım mərkəzinə göndərilib.

Məlum olub ki, uşaq natamam ailədə böyüyür: 31 yaşlı anası, kiçik qardaşı və əvvəllər aliment ödəmədiyinə görə məhkum olunmuş həmin dayısı ilə.

Polis məsələ ilə bağlı araşdırma aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər