Azərbaycanda qətl törədən şəxs yaxalanaraq, həbs olunub.
Teleqraf.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il dekabrın 31-də Ceyhun Həsənovu bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Rasim Mahmudov Abşeron rayonunun ərazisində saxlanılıb.
Bununla bağlı Abşeron və Masallı rayon Polis şöbələri əməkdaşlarının tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.