4 Yanvar 2015 05:10
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 23:48-də başa çatıb.


Müəllif: