4 Yanvar 2015 14:45
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb.

Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu Corat küçəsində baş verib. Həmin küçədə yaşayan Bağırov Tahir Murad oğlu 37-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, dekabrın 28-də saat 18-dən 21-dək olan müddətdə evdə kimsənin olmadığı vaxt naməlum şəxs və ya şəxslər mənzilə soxulublar.

Açar seçmə yolu ilə evə daxil olan oğrular ümumilikdə 2450 manat pul və 20 min manat dəyərində qızıl aparıblar.

Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Müəllif:

Oxşar xəbərlər