Şəkidə 8 ay əvvəl baş verən cinayətin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ötən ilin mayın 26-da, gecə saatlarında Şəki şəhərində yaşayan Gülxar Ərəbovanın evinə basqın edilib. Həmin vaxt şəxsiyyəti məlum olmayan 2 maskalı şəxs ev sahibinə qol və boyun nahiyələrindən bıçaqla xəsarət yetirib və hadisə yerini tərk ediblər.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Pərviz Kənani və Ümid Mirzəyev tutulublar. Şübhəli şəxslər istintaqa verdikləri ifadələrində törətdikləri əməli etiraf ediblər. Onlat əməllərindən peşman olmadığını bildiriblər.
Əməliyyat tədbirləri zamanı maraqlı bir fakt da üzə çıxıb. Saxlanılan şəxslərdən Pərviz Kənani 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov