Yunanıstan polisi ölkəyə gələn banan yüklü TIR-da 3,2 milyon avro dəyərində 161 kq kokain aşkar edib.
Teleqraf.com xəbər verir ki, Saloniki Təhlükəsizlik Xidmətinin Narkotiklərlə Mübarizə İdarəsi yerli və beynəlxalq hakimiyyət orqanları ilə birgə 161,23 kq kokain müsadirə edib.
Narkotik maddə xüsusi vasitə ilə meyvələrin içərisinə yerləşdirilib.
14 nəfər həbs edilib.