Sumqayıt şəhərində yeni ilin ilk günüdə yol qəzasında xəsarət alan qadın 5 gün yaşaya bilib.
Sumqayıt şəhər Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə yanvarın 1-də, saat 19 radələrində Sumqayıt şəhərində qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakini Fəyaz Rəhmanov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən həmyerlisi Jalə Ələsgərovanı vurub. Xəstəxanaya yerləşdirilmiş, Jalə Ələsgərova yanvarın 5-də ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov