Danimarkada ailəsi ilə yaşayan suriyalı televiziya ulduzu Şinda Xəlil “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qatılmaq istəyən qardaşı tərəfindən öldürülüb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Suriyada vətəndaş müharibəsinin başlamasından sonra ailəsi ilə birlikdə Danimarkaya köçən 28 yaşındakı Xəlil İŞİD-ə qatılmaq üçün özündən pul istəyən qardaşı tərəfindən öldürülüb.
24 yaşındakı gəncin Suriyaya getmək üçün bacısından 100 avro istədiyi, “xeyr” cavabı aldıqdan sonra bıçaqla Xəlilin boğazını kəsdiyi məlum olub. /modern.az/