Azərbaycan əsilli rusiyalı reper Asya Əlizadə yenidən Türkiyə polisi tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, əməliyyatın görüntüləri Türkiyə mətbuatına sızıb. Onun deportasiya oluna biləcəyi də bildirilir.
Xatırladaq ki, bundan əvvəl də rep ifaçısı artıq bir dəfə Türkiyədə saxlanılıb.
Saxlanmaya səbəb ifaçının videolarında narkotik vasitələrin təbliğatı olub. İstintaq çərçivəsində İstanbul Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları Əlizadənin kliplərini araşdırıblar. Araşdırma zamanı məlum olub ki, Asya “Estafurla” mahnısına çəkdirdiyi klipdə ingilis dilində “my lungs like cannabis” və “burnumda kokain” ifadələrini işlədib.
Polis əməliyyat-istintaq tədbirləri həyata keçirdikdən sonra həbs qərarı çıxararaq sənətçini İstanbulun Ataşehir səmtindəki evində saxlayıb. Lakin sonradan o, sərbəst buraxılıb.