9 Yanvar 2015 07:55
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gecə saatlarında 2 yanğın hadisəsi qeydə alınıb. Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisələrdən biri paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 550 kv.m olan sexdə baş verib.

Nəticədə sexin yanar konstruksiyaları 250 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan sexdə baş verib. Nəticədə sexin dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: