Lənkəranda evlərdən və mağazalardan oğurluq edən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Vüqar Rəcəbov tutulub.
O, rayon sakinləri Namiq Bayramova məxsus yardımçı təsərrüfatdan, Emil Şükürova məxsus evdən, Pərviz Quliyevə məxsus mağazadan, Pərvin Fətullazadəyə məxsus həyətdən və Rasif Rəhimova məxsus evin zirzəmisindən məişət əşyaları, elektrik avadanlıqları və təmir-tikinti alətləri oğurlamaqda təqsirli bilinir.
Hacı Zeynalov