10 Yanvar 2015 19:25
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax sakini Oqtay Süleymanovun evində müəmmalı yanğın hadisəsi baş verib.

Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, ev sahibinin qızı günorta vaxtı evi təmizləyərkən qəfildən mətbəxdə alov görüb. Dərhal atasını, qonşuları köməyə çağıraraq alovu söndürməyə cəhd edib.

Bu zaman eyvanda sərilən kilim alovlanmağa başlayıb, az müddət sonra isə yataq otağındakı şkaf və pərdə yanıb. Qəfildən alovlanan ev əşyaları Süleymanovları xeyli təəccübləndirib.

2 otaq, 1 eyvan və mətbəxdən ibarət evdə oğlu ilə yaşayan Oqtay Süleymanov evdə azyaşlı uşaqların olmadığını, qəfil alovun hansı səbəbdən baş verdiyini aydınlaşdıra bilmədiyini deyir. Yanğın baş verən evi görənlər isə təəccüblərini gizlədə bilmirlər.

Ev sahibinin sözlərinə görə, analoji yanğın hadisəsi onun kənddə yaşayan qızının evində də baş verib.


Müəllif:

Oxşar xəbərlər