11 Yanvar 2015 01:36
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə üç uşaq anası sirkə turşusundan zəhərlənib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Şəki şəhəri, Abid Əfəndiyev ev 10 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Rəvanə İbrahim qızı Hümbətova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 28 yaşlı Rəvanə Hümbətova bilməyərək sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəvanə Hümbətovaya lazımi tibbi yardım göstərilib, vəziyəti orta-ağır qiymətləndirilir.

Məlumatda Rəvanə Hümbətovanın evli və üç uşaq anası olduğu bildirilir. /APA/


Müəllif:

Oxşar xəbərlər