Bakının Qaradağ rayonunda yaşayış evində partlayış olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Şahmar Namazova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
Nəticəndə 60 kvm. sahədə ev əşyaları yanıb, orada kirayədə yaşayanlar - Bakı şəhər sakinləri Şaiq Aşurov, onun arvadı Xalidə, oğlu Rəvan və Rusiya Federasiyası vətəndaşı Elşən İsmayılov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hacı Zeynalov