Rusiyanın Uxta bölgəsində Azərbaycan Respublikasının vətəndaşı məhkəmə qarşısına çıxarılacaq.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, 29 yaşlı azərbaycanlı yerli sakinə qarşı cinsi zorakılıq, ölümlə hədələmə yolu ilə güc tətbiq etmə və soyğunçuluq maddələri ilə təqsirli bilinir.
İstintaq məlumatlarına görə, 2014-cü il avqust ayında sərxoş gənc Qazovikov parkında 32 yaşlı xanıma güc tətbiq edərək, onun ağzını bağlayıb, meşəyə aparıb, daha sonra onun bədəninin müxtəlif nayihələrinə yumruq zərbələri endirib, ölümlə təhdid edib, qızıllarını və 26 min rubl dəyərində olan telefonunu götürüb. Aparılan tibbi ekspertiza zamanı qadının üz, boyun və bədənin müxtəlif yerlərinə görəymə, yumşaq toxumaların əzilməsi xəsarətlərinin olduğu aşkarlanıb.
Faktla bağlı istintaq başa çatdıqdan sonra baxılması üçün məhkəməyə təqdim edilib.
Samir